Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Kolumbiyanın ölkəmizdəki səfiri KOBİA-da olub 05.07.21
Kolumbiyanın ölkəmizdəki səfiri KOBİA-da olub

Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİAolub. 


Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, ölkəmizdə mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, Kolumbiyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatları ilə əlaqələrin qurulmasına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin, qeyd olunub ki, Azərbaycanda iş qurmaq və ya yerli sahibkarlarla ortaq müəssisə yaratmaq istəyən xarici investorlar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək üçün Agentliyə müraciət edə bilərlər. 


Səfir Luis Antonio Dimate Kardenas KOB sektorunda əməkdaşlığın önəmini vurğulayıb, bu istiqamətdə Agentlik və Kolumbiyanın müvafiq təşkilatları arasında əlaqələrin qurulmasına dəstək göstəriləcəyini bildirib.

Powered by Froala Editor