Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib 22.12.22
KOBİA yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Dekabrın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yeni tərkibdə formalaşmış Agentlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb. 

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə operativliyin artırılması və sahibkar məmnunluğunun təmin olunması baxımından ictimai məsləhətləşmələrə önəm verdiyini bildirib. Qeyd olunub ki, KOBİA bu sahədə İctimai Şura ilə sıx əməkdaşlıqda maraqlıdır. Agentlik ilə biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, KOBİA-nın dəstək mexanizmləri barədə sahibkarların ətraflı məlumatlandırılması və bu alətlərdən istifadənin təşviqi İctimai Şuradan gözləntilər sırasındadır.

 

Görüşdə şura üzvlərinin Agentlikdən gözləntiləri və təklifləri dinlənilib, 2023-cü ildə şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 

 

Qeyd edək ki, KOBİA yanında İctimai Şuranın yeni tərkibdə formalaşdırılması məqsədilə 2022-ci ildə seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, KOBİA yanında İctimai Şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib.

Powered by Froala Editor