Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb 18.02.20
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyası ölkəmizdə fəaliyyət göstərən biznes və peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüs irəli sürüb.

Təşəbbüsün məqsədi dövlət, özəl və vətəndaş cəmiyyəti arasında birgə sosial-iqtisadi məqsədlərə dair tərəfdaşlığı inkişaf etdirmək, biznes tərəfdaşlığının və sahibkarların təşkilatlanmasının, bu sahədə biznes assosiasiyaların rolunu diqqətə çatdırmaqdır.

Bu məqsədlə fevralın 18-də Bakıda dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes assosiasiyaların və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “Azərbaycanda biznes və peşəkar assosiasiyalara dəstək” mövzusunda Sammit keçirilib.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən Agentliyin gördüyü işlər, təşviqat tədbirləri, sahəvi assosiasiyaların və ictimai birliklərin yaradılmasına və inkişafına göstərilən dəstək barədə danışıb. Bildirilib ki, bu sahədə KOBİA və USAİD tərəfindən irəli sürülmüş təşəbbüs dövlət və özəl sektor üçün əhəmiyyətli olacaqdır.

USAİD-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqx qeyd edib ki, biznes assosiasiyalar onlara göstərilən texniki dəstəyi daha çox kiçik və orta sahibkarlara çatdıra bilər. Təşəbbüs çərçivəsində USAİD biznes assosiasiyalar, ictimai birliklər və QHT-lər tərəfindən assosiasiyaların gücləndirilməsi istiqamətində təqdim olunacaq layihələri dəyərləndirərək bir neçəsinə maliyyə dəstəyi göstərəcək. Bu çərçivədə həmçinin, biznes subyektləri, ictimai birliklər, biznes assosiasiyaları və QHT-lər arasında konsorsiumun yaradılması təşviq ediləcək.

Sammit çərçivəsində “Dünyada biznes və peşəkar assosiasiya modelləri və onların əhəmiyyəti”, “Biznes və peşəkar assosiasiyaları daha səmərəli edən nədir?” kimi mövzularda panel müzakirələr də təşkil edilib. Panellərdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan mütəxəssislər mövzu ilə bağlı çıxış ediblər.

Powered by Froala Editor