Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb 19.02.21
KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Fevralın 18-də Ankarada keçirilmiş Türkiyə-Azərbaycan biznes forumunda KOB sahəsində əməkdaşlıq məsələlərinə də yer verilib.


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuad Oktayın, eləcə də hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub.


Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB sahəsində əməkdaşlığın Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin vacib istiqamətlərindən olduğunu, Agentliyin KOB-ların dəstəklənməsi və yeni təşviq mexanizmlərinin yaradılması istiqamətində qardaş Türkiyənin zəngin təcrübəsinə daim xüsusi əhəmiyyət verdiyini, bu sahədə KOSGEB və Türkiyənin digər aidiyyəti qurumları ilə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində görülən tədbirlər barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə toxunaraq hər iki ölkənin KOB-ları arasında əlaqələrin təşviqi, birgə istehsal müəssisələrinin təşkili, hər iki bazar üçün mal və xidmətlərin təqdim edilməsi, eləcə də nəqliyyat-logistika və əlverişli coğrafi mövqe üstünlüklərimizdən istifadənin təşviqi istiqamətlərində tərəfdaş qurumların birgə səylərini gücləndirməsinin önəmini diqqətə çatdırıb. 

 

Biznes forum çərçivəsində KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.  

Powered by Froala Editor