Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək 10.07.23
KOBİA və Türkiyənin Bilişim Vadisi əməkdaşlıq edəcək

KOBİA və Türkiyənin Bilişim Vadisi arasında imzalanmış Niyyət Protokolunda İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin və startapların Türkiyənin Bilişim Vadisinin və onun Bakıdakı filialının imkanlarından istifadə etməsi, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində tədbirlərin həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb.

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq subyektləri və startapları Bilişim Vadisinin Türkiyədəki filiallarının və Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən “Bilişim Vadisi Bakı” filialının imkanlarından istifadə edə biləcəklər. 

Bununla bağlı iyulun 10-da “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Bilişim Vadisi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.

Sənəddə İKT sahəsində yerli müəssisələrin və startapların “Bilişim Vadisi Bakı”nın imkanlarından istifadə etməsi, Türkiyənin Bilişim Vadisi tərəfindən təşkil edilən proqramlar və digər tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən yerli müəssisələrin iştirakına şərait yaratmaqla onların inkişafına töhfə vermək, “Bilişim Vadisi Bakı” ilə birgə sahibkarlıq sahəsində birgə tədbirlərin həyata keçirilməsi, təlim, konfrans və digər tədbirlərin təşkili, təcrübə mübadiləsi kimi məsələlər öz əksini tapıb. Niyyət Protokolunda həmçinin, “Bilişim Vadisi Bakı”nın iştirakçısı olacaq şirkətlərin "Startap" şəhadətnaməsi və qrant dəstəyindən yararlanması, KOBİA-nın dəstəyi ilə keçirilən sərgilərdə iştirakına dəstək göstərilməsi də nəzərdə tutulur. 

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bilişim Vadisinin Baş direktoru Ahmet Serdar İbrahimcioğlu arasında görüş keçirilib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin də iştirak etdiyi görüşdə tərəflər arasında imzalanmış sənəddən irəli gələn məsələlər, əməkdaşlıq imkanları müzakirə edilib. 

Həmçinin, Türkiyənin Bilişim Vadisinin nümayəndələri “Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap Mərkəzində yaradılmış imkanlarla tanış olublar. 

Powered by Froala Editor