Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
KOBİA və Tacikistanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb 05.04.23
KOBİA və Tacikistanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Sənəd hər iki ölkənin sahibkarları arasında ticarət və investisiya əməkdaşlığının təşviqini, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsini və əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində aprelin 5-də Düşənbə şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 

 

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Tacikistanın Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Cəmşid Cumanxonzoda imzalayıblar. 

 

Memorandumda hər iki ölkənin sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektləri arasında ticarət və investisiya əməkdaşlığının təşviqi, müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.

Powered by Froala Editor