Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi arasında görüş keçirilib 29.03.23
KOBİA və Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi arasında görüş keçirilib

Azərbaycan iş adamları Ər-Riyada səfər edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnah ilə görüşüb. 

Onlayn formatda keçirilmiş görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu çərçivəsində əməkdaşlığın inkişafına, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının ilk iclasının keçirilməsinə, KOBİA nümayəndələrinin və Azərbaycan iş adamlarının Səudiyyə Ərəbistanına nəzərdə tutulan səfərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. 


Powered by Froala Editor