Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və Sakit Okean Alyansına üzv ölkələrin səfirləri arasında görüş keçirilib 02.12.21
KOBİA və Sakit Okean Alyansına üzv ölkələrin səfirləri arasında görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Sakit Okean Alyansına üzv ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb. Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas, Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini və Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Qrimberqlə görüşdə ölkəmizdə KOB sahəsinin inkişafı, Agentliyin fəaliyyəti barədə məlumat verilib. Görüşdə alyans çərçivəsində əməkdaşlıq imkanları, yerli KOB subyektlərinin alyansa üzv ölkələrin KOB-ları ilə birbaşa əlaqələrinin qurulması və genişləndirilməsi istiqamətində mümkün tədbirlərə dair fikir mübadiləsi aparılıb.  

Həmçinin görüşdə Azərbaycanda biznes qurmaq və ya yerli KOB subyektləri ilə birgə layihələr həyata keçirmək istəyən xarici investorların KOBİA-ya müraciət edə biləcəyi, bu istiqamətdə Agentliyin göstərdiyi dəstək və xidmətlər qeyd olunub. 

Powered by Froala Editor