Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA və MUSİAD arasında görüş keçirilib 02.04.21
KOBİA və MUSİAD arasında görüş keçirilib



Aprelin 2-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair Dəyirmi Masa çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) prezidenti Abdurrahman Kaan ilə görüşüb.

Görüşdə Agentliyin Türkiyənin müvafiq qurumları, o cümlədən MUSİAD ilə əməkdaşlığı diqqətə çatdırılıb, əlaqələrin inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, 18-21 noyabr 2020-ci il tarixlərində İstanbulda keçirilmiş “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi də nümayiş olunub. KOBİA yanında İctimai Şurada MUSİAD-ın Azərbaycan nümayəndəliyi də təmsil olunur. Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə MUSİAD tərəfindən təşkil olunan Beynəlxaq Biznes Forumun (İBF) Azərbaycanda keçirilməsi ilə bağlı razılıq əldə edilib. 

Powered by Froala Editor