Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib 25.06.19
KOBİA və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Nabil Ganci ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Mehman Abbas ölkəmizdə KOB-ların inkişafı məqsədilə dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri, bu sahədə əlverişli mühitin formalaşdırılması və institusional islahatlar, o cümlədən Agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Nabil Ganci Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət nəticəsində dövlət və biznes arasında yaradılmış qarşılıqlı etimad mühitini yüksək qiymətləndirərək, FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlarda KOB-ların dəstəklənməsi üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və bu məqsədlə potensial imkanları diqqətə çatdırıb.

Powered by Froala Editor