Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və Çexiya şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb 08.08.23
KOBİA və Çexiya şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

KOBİA və Çexiyanın “A-Z Czech Engineering” şirkəti arasında imzalanan Niyyət Protokolu ölkəmizdə alternativ enerjidən istifadədə maraqlı olan tərəflər arasında əlaqələndirməni, bu sahədə təlim və təşviqat tədbirlərinin təşkilini, müvafiq sahəyə investisiyaların cəlb edilməsini nəzərdə tutur. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Çexiyanın “A-Z Czech Engineering” şirkəti arasında Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “A-Z Czech Engineering” şirkətinin təsisçisi Milan Pavlicek imzalayıblar. 

Niyyət Protokolu ölkəmizdə alternativ enerjidən istifadədə maraqlı olan tərəflər arasında müvafiq əlaqələndirmə işlərinin aparılması, bu sahədə təlim və təşviqat tədbirlərinin təşkili, Azərbaycanda alternativ enerji sahəsinə investisiyaların və müasir texnologiyaların cəlb edilməsi və müvafiq layihələrdə iştirak üzrə əməkdaşlığı nəzərdə tutur. 

Tədbir çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “A-Z Czech Engineering” şirkətinin təsisçisi Milan Pavlicek arasında ikitərəfli görüş də keçirilib. Görüşdə müvafiq sənəddən irəli gələn məsələlərin icrası, əməkdaşlıq imkanları müzakirə edilib. 

Powered by Froala Editor