Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb 06.05.25
KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb

Sənəddə ticarət əlaqələrinin inkişafına dəstək, sərgi və digər tədbirlər barədə məlumat və təcrübə mübadiləsi, Azərbaycan və Belarus şirkətlərinin iştirakı ilə birgə tədbirlərin təşkili kimi sahələrdə əməkdaşlıq öz əksini tapıb. 

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilər, kənd təsərrüfatı, sənaye, logistika, tikinti, ticarət və digər sahələrdə fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib. 

Forum çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Belarus Universal Əmtəə Birjası" ASC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Belarus Universal Əmtəə Birjası" ASC-nin İdarə Heyətinin sədri Aleksandr Osmolovski imzalayıblar.

Memorandumda Azərbaycan və Belarusun KOB subyektləri arasında ticarət sahəsində əlaqələrin inkişafına dəstək, qarşılıqlı olaraq ixtisaslaşmış beynəlxalq sərgi və digər tədbirlər barədə informasiya və təcrübə mübadiləsi, Belarus və Azərbaycan şirkətlərinin iştirakı ilə birgə tədbir və təlimlərin təşkili kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur. 

Forumdakı çıxışında isə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə KOB-ların inkişafı, bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və əlaqələrin genişləndirilməsinə Agentliyin göstərə biləcəyi dəstək barədə məlumat verib.

Powered by Froala Editor