Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb 23.06.23
KOBİA və Bakı Biznes Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

KOBİA və Bakı Biznes Universiteti arasında imzalanan Memorandumda elm və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılmasına dəstək, könüllülük fəaliyyətinin təşviqi nəzərdə tutulur. 

Bakı Biznes Universitetində keçirilən “Məzun 2023” tədbiri və karyera sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Bakı Biznes Universitetinin rektoru İbad Abbasov imzalayıblar. Sənəddə elm və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin reallaşdırılmasına dəstək, tələbələrin könüllülük fəaliyyətinə təşviqi və digər məsələlərlə bağlı birgə fəaliyyətin həyata keçirilməsi, müştərək layihələrin icra edilməsi nəzərdə tutulur.

Tələbələrlə görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclərin sahibkarlığa təşviqi, uğurlu sahibkar olmaq üçün biznesyönümlü təhsilin önəmi, Agentliyin biznesin qurulması və inkişafına göstərdiyi dəstək və xidmətlər barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, təhsilli, savadlı kadrların formalaşması biznes mühitinin inkişafına birbaşa təsir edən amillərdəndir. Sahibkarlar və biznes fəaliyyətinə başlamaq istəyən şəxslərin, xüsusən də gənclərin sahibkarlığa və biznesin inkişafına təşviqi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Bu sahədə Agentlik biznes biliklərinin artırılması, satış imkanlarının genişləndirilməsi, sahibkarların maraqlarının müdafiəsi, innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətlərində təlim, məsləhət, daxili bazar araşdırmasının aparılması, qrant, “Startap” şəhadətnaməsinin verilməsi və s. dəstək və xidmətlər göstərir. Bu dəstəklərdən biznesə başlamaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən gənclər də istifadə edə bilərlər. 

KOBİA nümayəndələri həmçinin, karyera sərgisi ilə tanış olublar, universitetdə təhsil aldığı müddətdə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.



Powered by Froala Editor