Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və AZEBİ-nin iştirakı ilə işgüzar görüş keçirilib 26.05.23
KOBİA və AZEBİ-nin iştirakı ilə işgüzar görüş keçirilib

KOBİA və AZEBİ-nin iştirakı ilə təşkil olunmuş görüşdə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 

Tbilisi şəhərində Kiçik vә Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov vә Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvlərinin iştirakı ilə işgüzar görüş keçirilib. 

AZEBİ-nin 20-yə yaxın üzvünün iştirak etdiyi görüşdə Gürcüstanda fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə, ticarət əlaqələrinin genişləndirilməsi və birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə iş adamlarının qarşılaşdıqları çətinliklərə və onların həlli yollarına dair fikirləri dinlənilib. Qeyd edilib ki, gələcəkdə də belə görüşlər davam etdiriləcəkdir. 

Qeyd edək ki, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) sıralarında 70-ə yaxın iş adamını birləşdirir. 

Powered by Froala Editor