Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA və AYİB nümayəndələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb 06.03.20
KOBİA və AYİB nümayəndələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər çəçivəsində martın 6-da Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AYİB-in Davamlı İnfrastruktur Siyasəti Bölməsinin rəhbəri Con Sid, İnfrastruktur Layihələrin Hazırlanması Bürosunun səlahiyyətli təmsilçisi Markos Martinez, İnfrastruktur Fondlarının rəhbəri Sinner Karsten arasında təşkil olunmuş görüşlərdə Agentliyin fəaliyyəti, ölkəmizdə KOB sektorunun inkişafı, bu istiqamətdə görülən işlər barədə məlumat verilib, AYİB-lə KOB və dövlət-özəl tərəfdaşlığı (PPP) sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə KOBİA-nın nəzdində yaradılmış Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin potensialının gücləndirilməsinə dəstək göstərilməsi, banklar tərəfindən maliyyələşdirilə biləcək PPP layihələri, eləcə də KOB-lar üçün əməliyyat standartları, maliyyə mənbələrinə çıxış, innovativ təcrübə və texnologiyaların tətbiqi, ticarətin təşviqi, qadın sahibkarlığının inkişafı sahələrində əməkdaşlıq məsələləri xüsusilə vurğulanıb.

Powered by Froala Editor