Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və ASK Türkiyənin İskəndərun Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüb 21.11.25
KOBİA və ASK Türkiyənin İskəndərun Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüb

Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.


Ölkəmizdə səfərdə olan Türkiyənin İskəndərun Ticarət və Sənaye Palatası ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri arasında görüş keçirilib. 

“Bakı KOB evi”ndə təşkil olunan görüşdə Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu imkanları, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, eləcə də bu sahədə KOBİA, ASK və palatanın dəstəyi müzakirə edilib. Eyni zamanda görüşdə biznes missiyaların təşkilinin hər iki ölkənin biznes və investisiya mühiti ilə tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb, belə görüşlərin təşkilinin intensivləşdirilməsi qeyd edilib. 

Qonaqlar “Bakı KOB evi”nin fəaliyyəti, burada sahibkarlara göstərilən xidmətlərlə də tanış olublar. 

Powered by Froala Editor