Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir 15.09.22
KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 58-ə çatıb.

“Startap” şəhadətnamələri "Softpress" MMC-nin nağdsız bəxşiş ödəmə sistemi, "Clopos" MMC-nin restoran və kafelər üçün POS terminal proqram təminatı, "E-sayar" QSC-nin onlayn mühasibat uçotu proqramı, "Travel Qrup" MMC-nin onlayn səyahət, işgüzar səfər və təhsil vizası xidmətləri göstərən elektron platforması, "YER xSP" MMC-nin bulud xidmətlərinin təşkili, "Satelyzer" MMC-nin kənd təsərrüfatı üçün peyk data xidmətləri, İlqar Məmmədovun Azərbaycan dilində plagiarizmi təyin edə bilən onlayn platforması, Nəriman Qaraxaninin praktik tapşırıq əsaslı onlayn təhsil və təcrübə platforması, "Edtesk" MMC-nin kənd təsərrüfatı sahəsində elektron inteqral sxem və interfeys istehsalı layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi 

Powered by Froala Editor