Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA tərəfindən maarifləndirici flayer və bukletlər hazırlanıb 17.03.25
KOBİA tərəfindən maarifləndirici flayer və bukletlər hazırlanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə biznes subyektlərinin məlumatlandırılması üçün buklet və flayerlər hazırlanıb. Maarifləndirici materiallar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

“KOBİA”, “KOB dostu”, “Sahibkarların bilik və bacarıqlarının artırılması”, “Startap şəhadətnaməsi”, “Bazarlara çıxışa dəstək”, “KOB bazar” adlı buklet və flayerlərdə Agentlik tərəfindən sahibkarlara göstərilən müxtəlif dəstək və xidmətlər barədə zəruri məlumatlar verilir. 

Həmçinin, Agentlik tərəfindən gənclərin, xüsusilə də idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olan “KOB könüllüləri Proqramı” barədə flayer hazırlanıb.  

Buklet və flayerlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz: https://www.smb.gov.az/az/nav/kob-lar-ucun-faydali 

KOBİA tərəfindən sahibkarların və biznesə başlamaq istəyən şəxslərin Agentliyin dəstək və xidmətləri, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 


Powered by Froala Editor