Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA “Take off Baku” Startap Sammitinin iştirakçısını mükafatlandırdı 29.05.22
KOBİA “Take off Baku” Startap Sammitinin iştirakçısını mükafatlandırdı

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.


Festivalın tərəfdaş qurumlarının - Azərbaycanın Energetika, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Kənd Təsərrüfatı, Gənclər və İdman nazirliklərinin, Aviasiya Akademiyası, “ASAN xidmət”, ADA Universiteti, Kosmik Agentlik, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyənin Teknoloji Takım Vakfı, Sənaye və Texnologiya Nazirliyinin nümayəndələri “TEKNOFEST”də qalib gəlmiş komandalara mükafatlarını təqdim ediblər. 


Həmçinin, “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilmiş və KOBİA-nın tərəfdaş olduğu “Take off Baku” Startap Sammitində iştirak etmiş xaricdə təhsil almaq istəyənlər üçün onlayn vasitəçi xidmətini (www.unibroad.co) təqdim edən startap KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən mükafatlandırılıb. 


Qeyd edək ki, www.unibroad.co platforması dünyanın 300-ə yaxın universiteti ilə əməkdaşlıq edir və 100-ə yaxın xarici müştərisi var. Platformaya KOBİA tərəfindən onu 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə gəlir və mənfəət vergisindən azad edən “Startap” şəhadətnaməsi verilib.  

Powered by Froala Editor