Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək 01.12.25
KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaxın dövrdə yeni startap təşəbbüslərinin dəstəklənməsi istiqamətində bir sıra proqramların tətbiqini nəzərdə tutur.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq KOBİA-dan məlumat verilib.

Məlumata görə, KOBİA tərəfindən "Startap şəhadətnaməsi" mexanizminin əhatə dairəsinin genişləndirilməsi, müraciət prosesinin tam elektronlaşdırılması nəzərdə tutulur:

"Həmçinin 20 min manat məbləğində qrant proqramının davam etdirilməsi və yeni yaranan startapların ilkin mərhələdə inkişafına yönəlik dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.”

Açıqlamada gənc sahibkarlar üçün innovasiya və təcrübə imkanları da prioritet istiqamət kimi qeyd olunub:

“Gənc sahibkarlar üçün innovasiya inkubatorları və akselerasiya proqramlarının işə salınması, mentorluq və təlim imkanlarının artırılması da prioritet istiqamətlərdəndir.”

Agentlik həmçinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini vurğulayıb:

“Bununla yanaşı, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin aidiyyəti qurumlar ilə artıq mövcud olan əməkdaşlıq çərçivəsində innovasiya və startap ekosisteminin inkişafına yönəlik birgə təşəbbüslərin, akselerasiya proqramlarının və təcrübə mübadiləsi imkanlarının daha da genişləndirilməsi planlaşdırılır.”

Beləliklə, KOBİA-nın planlaşdırdığı yeni proqramlar startapların ilkin mərhələdə inkişafını sürətləndirəcək, gənc sahibkarların innovativ ideyalarını reallaşdırmaq üçün daha geniş imkanlar yaradacaq və yerli startap ekosisteminin beynəlxalq təcrübə və əməkdaşlıqla zənginləşdirilməsinə xidmət edəcək.

https://finss.az/biznes/340163/kobia-startaplarin-inkisafi-ucun-yeni-proqramlar-tetbiq-edecek-aiqlama/

Powered by Froala Editor