Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA sosial sahibkarlıq ilə bağlı beynəlxalq tədbirə qatılıb 28.05.21
KOBİA sosial sahibkarlıq ilə bağlı beynəlxalq tədbirə qatılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Avropa Komissiyası və Mannheim şəhər Administrasiyasının təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SECO) dəstəyi ilə təşkil edilmiş “Avropa Sosial İqtisadi Sammiti 2021” tədbirində təmsil olunub.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Mehman Abbas “Şərq tərəfdaşlığı ölkələrində sosial iqtisadiyyat – siyasət dəyişiklikləri və əməkdaşlıq imkanları” mövzusundakı paneldə Azərbaycanda sosial sahibkarlığın inkişafı istiqamətində mövcud vəziyyət, əldə edilmiş uğurlar və inkişaf perspektivləri barədə məlumat verib. Vurğulanıb ki, sosial sahibkarlıq sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılması, o cümlədən onların cəmiyyətə hərtərəfli inteqrasiyası baxımından Azərbaycan hökumətinin gündəliyindəki prioritet istiqamətlərdəndir. Sosial biznes təşəbbüsləri ölkəmizdə uğurla həyata keçirilən sahibkarlığın inkişafı siyasətinin tərkib hissəsi olaraq, bu sahədə qanunvericilik və zəruri infrastrukturun daha da inkişaf etdirilməsi, sosial biznesə dəstək mexanizmlərinin çeşidinin və əhatəliliyinin artırılması, bu sahədə maarifləndirmə və məlumatlandırma işinin gücləndirilməsi, müvafiq tərəfdaş təşkilatları cəlb etməklə bilik və bacarıqların gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. 

Qeyd edək ki, 2 gün davam etmiş “Avropa Sosial İqtisadi Sammiti 2021” tədbirində 100 yaxın ölkədən 3 minə qədər nümayəndə iştirak edib. Tədbirdə sosial sahibkarlıq sahəsində qlobal meyllər və çağırışlar barədə müzakirələr və müxtəlif ölkələr üzrə təcrübə mübadiləsi aparılıb.

Powered by Froala Editor