Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir 19.07.19
KOBİA sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir

İyulun 19-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçirilib.

Seminarda sahibkarlar biznes ideyaların gerçəkləşdirilməsi, marketinq strategiyasının qurulması, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə olunması və mövcud biznesin inkişaf etdirilməsinin digər üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün belə maarifləndirici tədbirlər davam etdiriləcəkdir.

Powered by Froala Editor