Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA sahibkarları sənaye parkları və məhəllələrinin imkanlarından daha geniş istifadə etməyə çağırır 24.08.20
KOBİA sahibkarları sənaye parkları və məhəllələrinin imkanlarından daha geniş istifadə etməyə çağırır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarları, xüsusilə də kiçik və orta biznes subyektlərini Mingəçevir Sənaye Parkı və Sabirabad Sənaye Məhəlləsində yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edir.

Mingəçevir və Sabirabad rayonlarında fəaliyyət göstərən sahibkarlar, eləcə də bu rayonlarda öz biznesini qurmaq istəyən potensial sahibkarlar sənaye parkında və məhəlləsində yaradılmış müasir infrastrukturdan və güzəştlərdən istifadə edərək burada öz biznesini qura və ya mövcud sahibkarlıq fəaliyyətini daha da genişləndirə bilər.

Yüngül sənaye üzrə ixtisaslaşmış Mingəçevir Sənaye Parkı sahibkarlar üçün müasir infrastrukur, vergi və gömrük güzəştləri, əlverişli logistika imkanları təklif edir. Belə ki, Mingəçevir Sənaye Parkı dövlət tərəfindən müasir infrastruktur, o cümlədən elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilib ki, bu sahibkarlara bu məqsədlər üçün ayıracağı vəsaiti biznesin inkişafına yönəltməyə imkan verir. Sənaye parkının rezidenti olan sahibkarlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azaddır. Bundan başqa, sənaye parkının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Kiçik sahibkarlıq subyektlərinin Sabirabad Sənaye Məhəlləsində istehsal, emal və iqtisadiyyatın digər sahələri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. Sabirabad Sənaye Məhəlləsi kiçik sahibkarlıq subyektlərinə elektrik enerjisi, təbii qaz, su, daxili avtomobil yolları və fiberoptik kabel xətti ilə təchiz edilmiş müxtəlif istehsal obyektlərindən ibarət müasir infrastruktur təklif edir.

Sahibkarlar ölkədə fəaliyyət göstərən digər sənaye parkları və məhəllələri ilə bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından, eləcə də sənaye parkları və məhəllələrinin idarəedici təşkilatlarının internet səhifələrindən (www.scip.az, www.aic.az və www.tamizshahar.az) əldə edə bilərlər.

Həmçinin, sahibkarlar sənaye parkları və məhəllələri ilə bağlı informasiya və əlaqələndirmə xidmətləri üçün KOBİA-nın regional nümayəndələrinə - KOB dostlarına müraciət edə bilər (https://bit.ly/3l7Ymej).

Powered by Froala Editor