Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir 04.10.19
KOBİA sahibkarlar arasında biznes tərəfdaşlığını təşviq edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında biznes tərəfdaşlığının inkişafı məqsədilə tərəfdaşlıq imkanları və faydaları ilə bağlı mütəmadi olaraq müxtəlif tədbirlər, təlim və seminarlar çərçivəsində sahibkarları məlumatlandırır. Eyni zamanda Agentlik KOB-lara biznes tərəfdaşlığının tərkib hissəsi olan klasterləşmə, ölkəmizdə fəaliyyət göstərən və sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğu sənaye parkları və məhəllələrindən istifadə imkanları barədə informasiya və məsləhət xidmətləri göstərir.

Biznes tərəfdaşlığının təşviqi məqsədilə KOBİA-nın dəstəyi ilə növbəti belə təlim “Şərikli biznes” mövzusunda təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Regionlarda kiçik və orta sahibkarlığın alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması” layihəsi çərçivəsində keçirilən təlimdə dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Təlimdə sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, bu istiqamətdə bilik və bacarıqların artırılması üsulları, biznes tərəfdaşlığının inkişafı və KOB-ların rəqabət qabiliyyətinin artırılmasında rolu, şərikli biznesin qazandırdığı uğurlar, həmçinin uğursuzluğa səbəb ola biləcək amillər, ortaqlar arasında anlaşma sənədinin hazırlanması, onların üzərinə düşən vergi öhdəlikləri və bu kimi digər məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Powered by Froala Editor