Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA “Qlobal iqtisadiyyatda cari inkişaf və Türk dövlətləri arasında ticarətin inkişaf perspektivləri” mövzusunda paneldə təmsil olunub 11.11.21
KOBİA “Qlobal iqtisadiyyatda cari inkişaf və Türk dövlətləri arasında ticarətin inkişaf perspektivləri” mövzusunda paneldə təmsil olunub

İstanbulda Türkiyənin Ticarət Nazirliyinin və Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) təşkilatçılığı ilə keçirilmiş Türkdilli Dövlətlərin İqtisadiyyat və Ticarət Konfransı çərçivəsində “Qlobal iqtisadiyyatda cari inkişaf və Türk dövlətləri arasında ticarətin inkişaf perspektivləri” mövzusunda panel müzakirələr təşkil olunub. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkdilli ölkələrin işgüzar dairələr arasında əməkdaşlıq imkanlarına dair fikir və təkliflərini bölüşüb. Qeyd olunub ki, Türkdilli ölkələrdən olan investorların cəlb edilməsi ilə dövlət-özəl sektor tərəfdaşlığı (PPP) modelinin tətbiqinin genişləndirilməsi, KOB subyektləri arasında birgə müzakirə platformalarının inkişaf etdirilməsi, aidiyyəti dövlət qurumları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin reallaşdırılması Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin həcm və çeşidinin artmasına, biznes əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir. Qarabağ regionunda layihələrdə iştirakda maraqlı olan investorlardan KOBİA-ya daxil olmuş müraciətlərin 50%-dən çoxunun Türk Şurasına üzv və müşahidəçi ölkələrin payına düşdüyünü qeyd edən Orxan Məmmədov Azərbaycanda və işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinə maraq göstərən Türkdilli dövlətlərin sahibkarlarını KOBİA ilə əməkdaşlığa dəvət edib, Agentliyin dəstək və xidmətləri barədə məlumat verib. 

Powered by Froala Editor