Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!
KOBİA pandemiyadan zərər çəkmiş sahibkarların məlumatlandırılması üçün onlayn tədbirlərə başlayıb 15.04.20
KOBİA pandemiyadan zərər çəkmiş sahibkarların məlumatlandırılması üçün onlayn tədbirlərə başlayıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi tədbirləri barədə sahibkarların məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirlərinə başlayıb.

İlk belə onlayn tədbir pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi mövzusuna həsr olunub. Onlayn tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin muzdlu işçilərinə əməkhaqqının ödənilməsi prosesi barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) 0üzərindən birbaşa yayımlanıb.

Məlumat verilib ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan 300 min muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Qeydiyyatda olan bütün vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olmaqla müraciət formasını elektron qaydada doldurmalıdır. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə qısa müddət ərzində işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas götürülür. Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla iki mərhələdə aparılacaq.

Aprelin 16-da, saat 15.00-da isə koronavirus pandemiyasından zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi barədə onlayn tədbir təşkil olunacaqdır. Sahibkarlar qeyd olunan saatda KOBİA-nın "Facebook" səhifəsinə qoşulmaqla onlayn tədbiri izləyə və onları maraqlandıran sualları verə bilərlər.

Qeyd: KOBİA ölkə üzrə xüsusu karantin rejiminin elan edildiyi 24 mart tarixindən etibarən kiçik və orta sahibkarlara onlayn xidmətlər göstərir (012 404-04-01, 131 Çağrı Mərkəzi, info@smb.gov.az və s.), pandemiyadan zərər çəkmiş sahibkarları Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə məlumatlandırır, onları maraqlandıran sualları cavablandırır.

Powered by Froala Editor