Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
​KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlar üçün növbəti onlayn tədbir təşkil edib 21.04.20
​KOBİA pandemiyadan zərər çəkmiş sahibkarlar üçün növbəti onlayn tədbir təşkil edib

Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət dəstəyi tədbirləri barədə məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil olunan onlayn tədbirlər davam edir.

Ötən həftə keçirilmiş onlayn maarifləndirmə tədbirlərindən 6 minə yaxın sahibkarlıq subyekti yararlanıb.

Aprelin 21-də KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş "Pandemiyadan zərər çəkmiş sahələrə göstərilən maliyyə dəstəyi" mövzusunda növbəti onlayn tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və KOBİA-nın nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıb, nəzərdə tutulan yeni dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər.

KOBİA-nın "Facebook" səhifəsi (https://www.facebook.com/smb.gov.az) üzərindən birbaşa yayımlanmış onlayn tədbirdən 2 minə yaxın sahibkarlıq subyekti yararlanıb.

KOBİA-ya daxil olan müraciətlər və sahibkarlıq subyektlərinin marağı nəzərə alınmaqla pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması üçün onlayn maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

Powered by Froala Editor