Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası ilə əməkdaşlıq edəcək 15.07.21
KOBİA Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası ilə əməkdaşlıq edəcək

Bizneslər arasında birbaşa tərəfdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılan müxtəlif əməkdaşlıq platformaları və bu kimi digər təşəbbüslər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir və Agentlik belə platformalarla əməkdaşlıq edir. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Pakistanın investisiya mühiti barədə məlumatlıq səviyyəsinin artırılması, ölkələrimiz arasında ticarət əlaqələrini və investisiya qoyuluşunu genişləndirmək, işgüzar dairələr arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə bu yaxınlarda yaradılmış Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (“PAKAZCHAM”) prezidenti Xürrəm Bhatti ilə görüşüb. 


Agentliyin sədri Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb, KOBİA-nın palata ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə əməkdaşlıq perspektivlərinə, iş adamlarının əlaqələndirilməsi və təşəbbüslərinin reallaşdırılmasına birgə dəstəyin göstərilməsinə dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor