Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir 05.08.20
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütünçülük müəssisəsinin inkişaf perspektivlərinə və müəssisəyə əlavə dəstəyin göstərilməsi imkanlarına dair müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun, “Oğuz Aqro İndustry” MMC-nin direktor müavini Namiq Ələsgərovun və müəssisənin Yaponiyadan olan investoru Muneçika Tanionun iştirakı ilə aparılmış müzakirələr zamanı müəssisənin fəaliyyətinin genişləndirilməsi və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, layihə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur. Xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması həyata keçirilir. Oğuz, Qəbələ və Tovuz rayonlarında yerləşən 210 hektar ərazidə tütün əkilib və məhsulun qurudulması üçün Avropa ölkələrindən 50 ədəd tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib. 2020-ci ildə 2 min ton yaş tütün tədarük olunmaqla 800 tona yaxın hazır məhsul əldə olunması nəzərdə tutulur.

Layihəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 150 nəfər daimi, 300-dən çox mövsimi işçi çalışır.

KOBİA müəssisənin qurulması və fəaliyyətinin genişləndirilməsi üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində müəssisəyə dəstək və xidmətlər göstərib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Növbəti illərdə istehsalın genişləndirilməsi, Oğuz, Tovuz və Qəbələ rayonları ilə yanaşı, Şəki, Zaqatala, Qax, İsmayıllı, Masallı və Balakəndə də tütünçülük təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Bundan başqa, tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi, turizm, kənd təsərrüfatı və müxtəlif istehsal sahələrinə maraq göstərən yaponiyalı investorların ölkəmizə səfərinin təşkili planlaşdırılır.

Powered by Froala Editor