Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir Azərbaycan Ticarət Forumu keçirilib “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşması proqramı fəaliyyətə başlayıb Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə! Qanvermə aksiyası keçirilib KOBİA nümayəndələri ABŞ-də səfərdə olublar
KOBİA nümayəndələri ABŞ-də səfərdə olublar 26.09.24
KOBİA nümayəndələri ABŞ-də səfərdə olublar

Səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər keçirib, müxtəlif tədbirlərdə iştirak ediblər.

KOB subyektləri arasında əməkdaşlığın, əlaqəli təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri ABŞ-də səfərdə olublar. 

Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində KOBİA-nın nümayəndələri Vaşinqton və Nyu-York şəhərlərində kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçirib, müxtəlif tədbirlərdə iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Vaşinqtonda ABŞ Ticarət Palatasının Yaxın Şərq, Türkiyə və Mərkəzi Asiya üzrə vitse-prezidenti Cenifer Mil, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti Ayman El Tarabişi, ABŞ-nin Kiçik Biznes üzrə Administrasiyasının Kiçik Biznesin İnkişafı Mərkəzləri üzrə köməkçi Brüs Purdi, Qlobal Sahibkarlıq Şəbəkəsinin prezidenti Conatan Ortmans, Nyu-Yorkda BMT-nin İqlim Dəyişikliyi Təsirlərin Azaldılması Departamentinin rəhbəri Ceyms Qrabert və BMT-nin Cənub-Cənub əməkdaşlıq ofisinin direktoru Dima Əl-Xatib ilə görüşlərində KOB-lar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı biznes missiyaların təşkili, sahibkarların bilik və bacarıqlarının artırılması və bu sahədə KOBİA ilə birgə addımlar, KOB-lar üçün yaşıl keçidin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.        

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə Nyu-Yorkda keçirilmiş görüşdə isə qarşıdakı illərdə KOBİA-nın qurumdakı İşgüzar Şuraya sədrliyinə dair məsələlər müzakirə olunub. 

Səfər zamanı KOBİA nümayəndələri Virciniyada biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarla görüşüblər. 

Vaşinqtonda Azərbaycanın ABŞ-dakı Səfirliyi, Vaşinqton Hökumətlərarası Peşəkar Qrupu və Dünya Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş Azərbaycanda ABŞ şirkətləri üçün investisiya imkanlarına dair görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin əlverişli biznes və investisiya mühiti, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin potensialı, KOB-ların fəaliyyəti, sahibkarlara dəstək tədbirləri və əməkdaşlıq imkanları barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.  

Nyu-York İqlim Həftəsi çərçivəsində BMT-nin təşkilatçılığı ilə keçirilmiş "Hamı üçün hərəkətə ilham vermək: KOB-lar və təsir yaradanların iqlim liderliyinin nümayişi" mövzusunda tədbirdə KOBİA sədri KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfə barədə fikirlərini bölüşüb, iştirakçıları KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün Agentliyin irəli sürdüyü qlobal təşəbbüsə qoşulmağa dəvət edib.

KOBİA nümayəndələri həmçinin, ABŞ Ticarət Palatasının “COP Troika” dəyirmi masasında da iştirak ediblər. 

KOBİA nümayəndələri Nyu-Yorkda BMT-nin Qlobal Sazişinin “Liderlər Zirvəsi 2024” tədbirində də iştirak ediblər. Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin Qlobal Sazişin üzvü olduğunu qeyd edib, KOB-ların qlobal iqtisadiyyat və məşğulluqla yanaşı, ekoloji və sosial inkişafda rolu, Azərbaycanda KOB-lara göstərilən dəstək tədbirləri brədə məlumat verib, KOB-ların davamlı inkişafı üçün təşkilatın SPARK təşəbüssünü dəstəklədiyi bildirilib. 

Nyu-Yorkda keçirilmiş “5-ci Xəzər Biznes Forumu”nda isə KOBİA tərəfindən Azərbaycanda biznes və investisiya imkanları, KOB-lara dəstək tədbirləri və onların yaşıl keçidə töhfəsi, ölkəmizə, xüsusilə də işğaldan azad edilmiş Qarabağa investisiya qoyuluşu imkanları barədə məlumat verilib. 

Powered by Froala Editor