Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın təşkilatçılığı ilə Trabzon Ticarət və Sənaye Palatasının nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib 25.10.23
KOBİA-nın təşkilatçılığı ilə Trabzon Ticarət və Sənaye Palatasının nümayəndə heyəti və Azərbaycan iş adamları arasında görüş keçirilib

Trabzon Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşdə Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzkirə edilib.

Türkiyənin Trabzon Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Erkut Çelebinin rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində “Bakı KOB evi”ndə olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Trabzondan olan nümayəndə heyəti və yerli iş adamları arasında görüş keçirilib. 

Görüşdə Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, yerli KOB-ların xarici iş adamları ilə əlaqələndirilməsi barədə məlumat verilib, Azərbaycan və Türkiyə iş adamları arasında biznes və ticarət sahəsində əməkdaşlıq, investisiya qoyuluşu imkanları müzakirə olunub. 


Powered by Froala Editor