Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA-nın təşkilatçılığı ilə təlim keçirilib 22.10.19
KOBİA-nın təşkilatçılığı ilə təlim keçirilib

Oktyabrın 22-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) startap layihələrinin yaradıcıları üçün “Biznes modelin və biznes planın hazırlanması” mövzusunda təlim keçirilib.

KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

“Business CheckUp” şirkətinin əməkdaşı tərəfindən təlimdə iştirak edən sahibkar və menecerlərə müəssisədaxili ehtiyatların qiymətləndirilməsi üsulları, xarici biznes mühitinin analizi, strateji biznes planın hazırlanması və icrası kimi istiqamətlərdə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor