Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın təşkilatçılığı ilə "Rebuild Karabakh" sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib 19.10.22
KOBİA-nın təşkilatçılığı ilə "Rebuild Karabakh" sərgisi çərçivəsində “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində öz işinə başlamış 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə keçirilib. 


Dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə təşkil edilmiş tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, regionun iqtisadi, investisiya və turizm potensialı, biznes üçün yaratdığı imkanlar barədə müzakirələr aparılıb. 


Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elxan Şiriyev, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və “PMD Group” MMC-nin baş icraçı direktoru Dəyanət Sədullayev mövzu ilə bağlı fikirlərini bölüşüblər.


Sonda tədbir iştirakçılarının sualları cavalandırılıb. 

Powered by Froala Editor