Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın rəhbərliyi istehsal müəssisəsində olublar 05.08.23
KOBİA-nın rəhbərliyi istehsal müəssisəsində olublar

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri “Avrora Sənaye Parkı”nda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Məlumat verilib ki, distribüterliklə yanaşı, 2001-ci ildən istehsalla məşğul olan “Avrora Qrup”un “Avrora Sənaye Parkı”nda makaron, qənnadı, qazlı və qazsız içkilər, karbon dioksid və un fabrikləri fəaliyyət göstərir. Bu müəssisələrdə 50-dən çox çeşiddə məhsul istehsal olunur. Şirkətin istehsal müəssisələrində 400-ə yaxın, ümumilikdə isə 3500-dən çox işçi çalışır. “Avrora Qrup”un istehsal etdiyi məhsullar yerli bazarla yanaşı, müxtəlif ölkələrə də ixrac edilir. 

Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri sahibkarla şirkətin inkişaf ehtiyaclarına və ixrac imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

 

Powered by Froala Editor