Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın nümayəndələri “İDEA” MMC-nin zavodunda olublar 11.05.22
KOBİA-nın nümayəndələri “İDEA” MMC-nin zavodunda olublar

Sahibkarlıq subyektlərinin fəaliyyəti ilə yerində tanışlıq, istehsalın genişləndirilməsi üçün lazım olan dəstəyə dair fikir mübadiləsinin aparılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlarla görüşlərini davam etdirir.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri bu dəfə Abşeron rayonunun Novxanı kəndində yerləşən “İDEA” MMC-yə məxsus zavodda istehsal prosesi ilə yaxından tanış olub, istehsalın genişləndirilməsi və ixrac həcminin artırılmasına dair fikir mübadiləsi aparıblar. 

 

2004-cü ildən fəaliyyət göstərən müəssisədə taxta və metaldan memarlıq konstruksiyaları və müxtəlif məhsullar (skamya, çardaq, masa, zibil qutuları və s) istehsal olunur. Müəssisədə 60-a yaxın işçi çalışır. 

Powered by Froala Editor