Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA-nın nümayəndələri Belçikada səfərdədir 23.05.22
KOBİA-nın nümayəndələri Belçikada səfərdədir

Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Belçikada səfərdədir.


Səfər çərçivəsində Brüsseldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının direktor müavini xanım Luisa Santos arasında görüş keçirilib. Görüşdə KOBİA-nın sahibkarlığın inkişafı ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bir sıra layihələrin benefisiarı olduğu və layihələrin uğurla başa çatdığı qeyd olunub. Vurğulanıb ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti - 2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk beşlikdə yer alıb. 


Görüşdə Azərbaycan və təşkilata üzv KOB-lar arasında birbaşa əlaqələrin qurulması üçün onların şəbəkələşməsinə, biznes missiyaların təşkilinə, birgə müəssisələrin yaradılması imkanlarına, qarşılıqlı sürətdə ixracın təşviqinə, investisiya layihələri haqqında məlumat mübadiləsinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb. 

 

Powered by Froala Editor