Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA-nın KOB Fest sərgi-satış yarmarkası bu dəfə Sumqayıtda 11.06.22
KOBİA-nın KOB Fest sərgi-satış yarmarkası bu dəfə Sumqayıtda

İyunun 11-də Sumqayıt şəhərində KOB Fest sərgi-satış yarmarkası keçirilib.


Nəsimi Parkında təşkil olunan “KOB Fest”də Sumqayıt şəhəri və ətraf rayonlardan olan 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada yerli istehsal ilə yanaşı, təhsil, informasiya texnologiyaları, maliyyə və digər sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri sərgilənir. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub. 


Yarmarkada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkili Müşviq Məmmədli və digərləri çıxış edərək tədbirin Sumqayıt şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən istehsal olunan məhsulların tanıdılması, satışına dəstək olmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətli oldğunu bildiriblər.  


Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca beşincidir və saat 20.00-dək davam edəcəkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə və Lənkəran şəhərlərində təşkil edilib. Bu yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər. Növbəti “KOB Fest”in iyunun 18-də Quba şəhərində, iyul ayında isə Şəki şəhərində keçirilməsi planlaşdırılır.

 

Powered by Froala Editor