Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb 22.11.21
KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Noyabrın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Elçin Mirzəzadə ilə mentorluq proqramı çərçivəsində görüşüb. 


Görüşdə KOBİA sədri mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olacağını, bu əməkdaşlığın qaliblərin mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, mentorluq proqramı çərçivəsində müsabiqə qaliblərinin qazanacaqları təcrübə çalışacaqları sahələr üçün də əhəmiyyətli olacaqdır. 


E.Mirzəzadə yeni bacarıqlara yiyələnmək istədiyini və bu baxımdan mentorluq proqramının səmərəli olacağını bildirib. 


Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. “Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərlər heyətinin tərkibinə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov da daxildir. Müsabiqənin şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcəkdir.

Powered by Froala Editor