Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA-nın İdarə Heyətinin sədri "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb 19.05.22
KOBİA-nın İdarə Heyətinin sədri "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Hüriyyə Məmmədova ilə mentorluq proqramına başlayıb.

Qeyd edək ki, mentorluq proqramı çərçivəsində Hüriyyə Məmmədova ilə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi nəzərdə tutulur. 

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İqtisadiyyat Nazirliyinin kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, Hüriyyə Məmmədova ilə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun liderlik keyfiyyətləri və peşəkar bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq addımları diqqətə çatdırıb. 

Görüşdə proqram qalibinin təcrübə ilə bağlı sualları cavablandırılıb, idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər və qərarların qəbulu zamanı vacib olan yanaşmalar müzakirə edilib.

Powered by Froala Editor