Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA-nın əsas tərəfdaşlardan olduğu “Take Off Baku” Startap Sammitinin qalibləri müəyyənləşib 28.05.22
KOBİA-nın əsas tərəfdaşlardan olduğu “Take Off Baku” Startap Sammitinin qalibləri müəyyənləşib

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” Startap Sammitinin qalibləri məlum olub.


Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25 startap final mərhələsinə keçid alıb. Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqabətədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.


Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.

“Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.


Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Take Off Baku” Startap Sammitinin əsas tərəfdaşlarındandır.


https://azertag.az/xeber/Take_Off_Baku_Startap_Sammitinin_qalibleri_mueyyenlesib-2154722

Powered by Froala Editor