Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA-nın əməkdaşları distant formada sahibkarlara xidmət göstərir 25.03.20
KOBİA-nın əməkdaşları distant formada sahibkarlara xidmət göstərir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların müraciətlərinin cavablandırılması, eləcə də koronavirus (COVİD-19) pandemiyasının işgüzar mühitə təsirinin minimuma endirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər barədə sahibkarların məlumatlandırılması üçün bayram günləri də daxil olmaqla məsafədən (distant) xidmətlərin göstərilməsini davam etdirir.

KOBİA-nın əməkdaşları (regionlar üzrə KOB dostları) telefon rabitəsi (012 404-04-01, 131 Çağrı Mərkəzi) və internet vasitəsilə (info@smb.gov.az və s.) sahibkarlara informasiya, məsləhət və digər istiqamətlərdə məsafədən xidmətlər göstərir, biznes subyektlərini maraqlandıran sualları cavablandırır.

Eyni zamanda koronavirus pandemiyasının yerli sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən tədbirlər və qəbul olunan qərarlar barədə sahibkarların məlumatlandırılması, COVID-19 infeksiyasından qorunmaq üçün profilaktik tədbirlər barədə sahibkarların və vətəndaşların maarifləndirilməsinə dəstək göstərilməsi üçün KOBİA-nın rəsmi internet saytında (www.smb.gov.az) və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq məlumatlar və video çarxlar yerləşdirilir.

Powered by Froala Editor