Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA-nın dəstəyi ilə Ağalıda bazar fəaliyyətə başladı 21.10.22
KOBİA-nın dəstəyi ilə Ağalıda bazar fəaliyyətə başladı

Zəngilanın Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə kənddə bazar fəaliyyətə başlayıb. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.


Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 m2-dir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və s. məhsullar satılacaq.


Bazar Ağalı sakinlərinin gündəlik tələbat mallarına olan ehtiyacını ödəməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli olacaqdır.

Powered by Froala Editor