Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstəyi barədə məlumat verilib 25.11.22
KOBİA-nın aqrar sahədə fəaliyyət göstərən sahibkarlara dəstəyi barədə məlumat verilib

Noyabrın 25-də Şamaxıda Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Toxumçuluğun İnkişafına dair Beynəlxalq Konfrans” keçirilib.

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahə, o cümlədən toxumçuluqla bağlı sahibkarlarla keçirilmiş görüşlər və onlar arasında aparılmış sorğular, eləcə də toxumçuluq üzrə KOB subyektlərindən daxil olmuş müraciətlər barədə məlumat verib. Həmçinin qeyd olunub ki, Agentlik kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq edir. Orxan Məmmədov KOBİA-nın aqrobiznes fəaliyyətinin qurulmasına və inkişafına göstərdiyi dəstək və xidmətlər barədə də danışıb.

Powered by Froala Editor