Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA “Məşğulluq marafonu”na qoşulub 07.07.21
KOBİA “Məşğulluq marafonu”na qoşulub


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulub.


Bu məqsədlə KOBİA tərəfindən mövcud və yeni yaradılacaq vakant iş yerləri barədə məlumatların müvafiq elektron sistemə daxil edilməsi üçün sahibkarlara müraciət olunub. Artıq KOBİA-nın çağrışı ilə 200-ə yaxın sahibkarlıq subyekti 340-dan çox vakant iş yerini qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin məşğulluğuna dəstək üçün təqdim edib. Hazırda sahibkarlar tərəfindən vakant iş yerlərinin müvafiq elektron sistemə daxil edilməsi davam etdirilir.


Həmçinin, Agentlikdə yaradılacaq iş yerləri barədə məlumatlar şəhidlərimizin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün müvafiq elektron sistemə daxil ediləcəkdir. Qeyd edək ki, bu yaxınlarda Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.




Powered by Froala Editor