Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir 16.04.21
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə, o cümlədən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi davamlı və dayanıqlı iqtisadi inkişafın mühüm amilləri sırasındadır.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) şəffaflıq prinsipinə əsaslanan və leqal sahibkarlıq fəaliyyətini təşviq edən layihə və təşəbbüsləri daim dəstəkləyir. 

Bu yaxınlarda fəaliyyətə başlamış “Çak çuk” startap layihəsi belə təşəbbüslərdən olmaqla, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını və düzgün uçotun aparılmasını təşviq edir. Qeyd edək ki, ev təmizliyi, usta, bərbərxana və s. kimi 9 kateqoriya üzrə 180-ə yaxın xidmətin təqdim olunduğu “Çak çuk” (https://cakcuk.az/) onlayn platforması  bu xidmətləri göstərən şəxsləri (icraçı) və bu xidmətlərə ehtiyacı olanları (müştəri) bir araya gətirir. Yalnız rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər platforma üzərindən xidmət təmin etmək üçün qeydiyyatdan keçə bilir. Platforma üzrə ödənişlərin onlayn qaydada həyata keçirilməsi isə şəffaf mühasibatlığın aparılmasına imkan verir. 


Startap layihəsinin vətəndaşlar üçün faydası ev xidmətlərinin bir platformada təqdim olunması, xidmət vaxtını və icraçını seçmək, sifariş prosesini izləmək və nəticəni qiymətləndirmək imkanı, görülən işə zəmanət verilməsidir. Ev xidmətləri göstərən iş axtaranlar üçün isə onlayn platforma davamlı olaraq iş imkanları təklif edir. 



Powered by Froala Editor