Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA korporativ sosial məsuliyyət yanaşmasını təşviq edir 23.02.23
KOBİA korporativ sosial məsuliyyət yanaşmasını təşviq edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə korporativ sosial məsuliyyət (KSM) tədbirlərində aktiv iştirak edən tərəfdaşların mükafatlandırılmasına dair tədbir keçirilib. 

 

Dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznesdə KSM-in önəmi barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, biznes subyektlərinin KSM tədbirləri təkcə cəmiyyət üçün deyil, həm də şirkətlər üçün faydalıdır. Mütəxəssislərin rəyinə əsasən 90%-ə yaxın istehlakçılar onları maraqlandıran məsələlərin həllində iştirak edən şirkətlərin məhsullarını almağa maraq göstərirlər. KSM həmçinin, istedadlı işçi qüvvəsinin cəlb edilməsində mühüm faktordur. Azərbaycanın biznes icması tarixi irsi davam etdirərək fəaliyyətlərində korporativ sosial məsuliyyət prinsiplərinə diqqət göstərir. “COVİD-19” pandemiyası, Vətən Müharibəsi dövründə, eləcə də bu yaxınlarda qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı yerli sahibkarlar dəstək tədbirlərində fəal iştirak ediblər. KOBİA KSM yaşamasını daim təşviq edir, bu sahədə müxtəlif proqram, layihə və təşəbbüslər həyata keçirir.

 

Tədbirin sonunda KSM çərçivəsində müxtəlif nominasiyalar üzrə sahibkarlar mükafatlandırılıb. 

Powered by Froala Editor