Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır 20.07.19
KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.


Görüşdə Koreyada KOB sektorunun uğurla inkişaf etməsi nəzərə alınaraq, Agentliyin KOB sahəsində ən yaxşı beynəlxalq təcrübələrin, o cümlədən Koreya təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılıb. Eyni zamanda görüşdə Koreyanın Kiçik və Orta Sahibkarlar və Startaplar Agentliyi (KOSME) ilə əməkdaşlığın genişləndirilməsi, KOB inkişaf fondları sahəsində təcrübə mübadiləsi, KOB-lara müxtəlif dəstək mexanizmlərinin göstərilməsi, dövlət-özəl tərəfdaşlığı platformasına dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor