Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA: “KOB-lar üçün yeni dəstək mexanizmləri üzərində iş aparılır” 24.06.22
KOBİA: “KOB-lar üçün yeni dəstək mexanizmləri üzərində iş aparılır”

KOB-ların maliyyə resurslarına çıxışını genişləndirəcək KOB İnkişaf Fondunun yaradılması prosesi davam edir. Klasterləşmə modelinin tətbiqi üçün normativ-hüquqi baza tamamlanmaq üzrədir. E-KOB evi platformasının yaradılması üzərində iş aparılır. 

 

Bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) təşkilatçılığı ilə keçirilmiş “Dəyişən dünyada şaxələndirilmiş və innovativ iqtisadiyyatın dəstəklənməsində QDTİB-in rolu” mövzusunda biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. 

 

Qeyd olunub ki, biznesin innovativ şaxələndirilməsi adekvat səviyyədə maliyyələşdirmə tələb edir. Davamlı maliyyə resurslarının təmin edilməsi üçün gələcəkdə alternativ maliyyə mənbələri mühüm əhəmiyyət kəsb edəcək. Hazırda yaradılmaqda olan KOB İnkişaf Fondunun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlıdır. 

 

Dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə milli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun proseslərə cəlb edilməsi baxımından əlverişli modellərdir. Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. KOB klasterlərin formalaşması daha intensiv və dayanıqlı iqtisadi inkişafı, məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini stimullaşdıracaq. Bu biznes modellər işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə yenidən inteqrasiyası prosesində də tətbiq oluna bilər. 

 

KOB-ların rəqəmsallaşdırılması və onların yaşıl iqtisadiyyatda rolunun artırılması da iqtisadi diversifikasiya və innovasiyaların əldə edilməsi üçün əsas elementlərdəndir. Hazırda yaradılmaqda olan e-KOB evi platformasının xidmətləri non-stop-shop rejimdə təmin olunacaq ki, bu da xidmətləri KOB-lar üçün daha əlçatan edəcəkdir. 

Powered by Froala Editor