Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək 29.06.19
KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Berndə keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyasının prezidenti Jozef Rosenflu imzalayıblar.

Memorandum Azərbaycan və İsveçrənin kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə ticarət, investisiya, iqtisadi əməkdaşlıq, kiçik və orta biznes sahələrində qarşılıqlı məlumat, həmçinin KOB sektorunda təcrübə mübadiləsini, bu sahədə əlaqələrin inkişafı üçün birgə təşviq tədbirlərinin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Powered by Froala Editor