Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA işğaldan azad edilmiş ərazilərdə qadın sahibkarların biznes təşəbbüslərini dəstəkləməyə hazırdır 25.01.22
KOBİA işğaldan azad edilmiş ərazilərdə qadın sahibkarların biznes təşəbbüslərini dəstəkləməyə hazırdır

Yeni Azərbaycan Partiyasının və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin birgə təşkilatçılığı ilə “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda Konfrans keçirilib. 


Aidiyyəti dövlət qurumlarının, millət vəkillərinin və qadın sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin qadın sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. 2021-ci ildə Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlimlərdən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar yararlanıb, o cümlədən KOBİA, Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birgə həyata keçirdiyi "Məktəbim" layihəsi çərçivəsində 65 qadın biznes təlimlərinə cəlb olunub, 3 qadın sahibkara qrant, 4 qadın sahibkara isə “Startap” şəhadətnaməsi verilib. KOBİA Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına qadın sahibkarların da öz töhfəsini verməsi üçün onlara dəstək göstərməyə hazırdır. 

Powered by Froala Editor